İtaliya a seriyasında 14-cü tur başlanıb. “Yuventus” öz meydanında “Fiorentina” ilə üz-üzə gəlib. Matça qonaqlar daha yaxşı başlayıblar. Onlar artıq3-cü dəqiqədə üstünıük qazanıblar. Duşan Vlaxoviç fərqlənib. 18-ci dəqiqədə turinlilər daha bir zərbəyə məruz qalıblar. Komandanın heyətində Xuan Kuadrado kobudluğa görə meydandan çıxarılıb. İlk hissə minimal hesabla başa çatıb. Fasilədən sonra “Fiorentina” futbolçuları fərqi artırıblar. 76-cı dəqiqədə Aleks Sandro avtoqol müəllifi olib. 5 dəqiqədə sonra isə vaxtilə “Yuventus”un şərəfini qorumuş Martin Kaseres keçmiş komandasını məyus edib 3:0. Beləliklə “Qoca sinyora” A seriyasında ilk dəfə uduzub. “Fiorentina” isə Çezare Prandellinin rəhbərliyi ilə ilk qələbəsini qazanıb.
Autsayder “Krotone” isə 14-cü turda “Parma”nı qəbul edib. Meydan sahiblərindən Junior Messias ilk hissədə dubl ilə fərqlənib. “Parma” futbolçuları 2-ci yarıda qollardan yalnız birinin əvəzini çıxa biliblər. 57-ci dəqiqədə Yury Kutska yekun nəticəni müəyyənləşdirib: “Krotone” – “Parma” 2-1.
Hazırda yarış cədvəlinə 31 xalla “Milan” başçılıq edir. 1 xal az toplayan “İnter” isə 2-cidir, “Napoli” 25 xalla 3-cüdür.